UNEP: Şəhərlər dünyada plastik tullantıların böyük hissəsini yaradır

Baş səhifə

Plastik çirklənməsi ilə mübarizə və qlobal plastik sazişinin hazırlanması istiqamətində işlər hazırda beynəlxalq ekoloji gündəliyin əsas prioritetlərindən biri olaraq qalır.

APA xəbər verir ki, bu barədə WUF13 çərçivəsintə təşkil olunan “Plastik çirklənməsi ilə mübarizə: yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” tədbirində UNEP-in Submilli İqlim Fəaliyyəti Bölməsinin rəhbəri Şaron Qıl bildirib.

Onun sözlərinə görə, UNEP plastik çirklənməsi probleminin həlli istiqamətində geniş fəaliyyət həyata keçirir və təşkilat daxilində bu məsələ üzrə xüsusi komandalar fəaliyyət göstərir.

“Şəhərlər dünyada plastik tullantıların böyük hissəsini yaradır, eyni zamanda şəhərsalma, tullantı infrastrukturu və ictimai maarifləndirmə kimi mühüm idarəetmə alətləri vasitəsilə sistemli dəyişikliklərə təsir etmək imkanına malikdir”, – Şaron Qıl qeyd edib.

O əlavə edib ki, plastik çirklənməsi ilə mübarizə üçün həll yolları artıq mövcuddur və dairəvi iqtisadiyyat modeli həm əlçatan, həm də tətbiq edilə bilən yanaşma hesab olunur. Mövcud texnologiyalar və düzgün siyasət qərarları ilə ölkələrin və şirkətlərin bu istiqamətdə ciddi nəticələr əldə edilə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir