Bakı.Trend:
Miqrasiya idarəçiliyi və şəhər idarəçiliyi artıq ayrı-ayrılıqda
nəzərdən keçirilə bilməz, onlar birlikdə inkişaf etməlidir.
Trend xəbər
verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal
Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz,
innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən
panel müzakirəsində deyib.
O bildirib ki, bu gün dünya əhalisinin yarıdan çoxu şəhərlərdə
yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı
gözlənilir.
“Şəhərlər miqrasiyanın real şəkildə hiss olunduğu məkanlardır.
İnsanlar burada təhlükəsizlik, imkanlar, xidmətlər, təhsil və
inklüzivlik axtarırlar. Miqrantlar yalnız əmək və sahibkarlıq
vasitəsilə deyil, həm də bilik, yaradıcılıq və sosial dinamizm ilə
cəmiyyətlərə töhfə verirlər”, – deyə o vurğulayıb.
V.Hüseynov qeyd edib ki, hökumətlər müasir şəhərlərin inkişafına
böyük investisiyalar yatırır, lakin dayanıqlı şəhərlər yalnız
fiziki infrastruktura əsaslanmır.
“İnsan kapitalı, innovasiya, yaradıcılıq, əməkdaşlıq və
inklüzivlik şəhərləri inkişaf etdirən əsas amillərdir. İnsan
mərkəzli idarəçilik olmadan ən inkişaf etmiş infrastruktur belə
davamlılıq təmin edə bilməz”, – deyə o əlavə edib.
Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, Azərbaycan
miqrasiya siyasətində innovasiya, inklüzivlik və hüquq əsaslı
yanaşmaları prioritet hesab edir.
“Ölkəmiz iqtisadi inkişafı, geniş imkanları və inteqrasiyanı
dəstəkləyən mühiti ilə miqrantlar üçün getdikcə daha cəlbedici
məkana çevrilir”, – deyə V.Hüseynov bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.