
Sahibkarların etibarlı tərəfdaşı olan ABB fərdi sahibkarlar üçün
stimullaşdırıcı tirajlı lotereya kampaniyası elan edib. Sahibkarlar
18.08.2026-cı il tarixinə qədər ABB Biz tətbiqi vasitəsilə həyata
keçirdikləri əməliyyatlardan şanslar qazanıb lotereyaya qoşula
bilərlər.
Tətbiqdə hər yeni qeydiyyatdan keçmiş sahibkar 1 şans qazanır.
Bundan başqa, minimum 100 manatlıq uğurlu ödəniş və ya köçürmə
əməliyyatının hər biri, hər debet kart sifarişi, QR ödəniş qəbulu,
mobil POS sifarişi, kredit müraciəti, vergi ödənişi müəyyən
maksimum limitlər çərçivəsində 1 şans qazandırır.
Lotereya qaliblərinə təqdim olunacaq
hədiyyələr:
“Toyota Corolla Cross Hybrid” avtomobili (2025 model) – 1
ədəd
“Apple iPhone 17 Pro 256GB” mobil telefonu – 3 ədəd
“Apple AirPods 4” qulaqlığı – 3 ədəd
“Apple Watch 10 42MM” ağıllı saatı – 3 ədəd
Lotereyada iştirak imkanı qazanmaq üçün istifadəçi ABB Biz
tətbiqində “Aktiv et” seçimini etməlidir. Qaliblər təsadüfi seçim
əsasında müəyyənləşəcəklər. Kampaniya barədə ətraflı məlumatlarla
buradan tanış ola
bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

