Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılır

Baş səhifə

Bakı. Trend:

26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci
yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti
dayandırılacaq.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.




Bildiririk ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş
sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil
müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək
tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik
olaraq ləğv ediləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi
sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir