Azərbaycan AYİB ilə Cənub Qaz Dəhlizinin inkişafını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
arasında Cənub Qaz Dəhlizinin inkişafı üzrə müzakirələr
aparılıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.




“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı
İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter
ilə görüşdə enerji gündəliyimiz çərçivəsində əməkdaşlığın
genişləndirilməsi, yeni bərpa olunan enerji güclərinin şəbəkəyə
inteqrasiyası, regional elektrik enerjisi bağlantıları və Cənub Qaz
Dəhlizinin inkişafı ilə bağlı məsələləri müzakirə etdik”, –
paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir