
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament
nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB
PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etməkdir.
Sankt-Peterburq şəhərinin “Pulkovo 3” hava limanında Sahibə
Qafarovanı Sankt-Peterburq şəhərinin Xarici əlaqələr komitəsinin
sədr müavini, Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nizami
Mamişev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın
Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı
səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın
Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar
Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.

