
Bakı. Trend:
Ötən 1 sutka ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya nəticəsində Hörmüz
boğazından 26 gəmi keçib.
Trend xəbər
verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.
Məlumata görə, keçən gəmilər, neft tankerləri, konteyner
gəmiləri və başqa ticarət gəmiləri olub və gəmilərin təhlükəsizliyi
təmin edilib.
“İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Dəniz
Qoşunlarından icazə almaqla və koordinasiya etməklə Hörmüz
boğazından keçid etmək mümkündür”, -deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında
baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə
gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

