Yeni qlobal Bakı Şəhərsalma Mükafatı Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı tərəfindən təsis edilib (FOTO)

Baş səhifə

Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)
dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı
Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edir.

Trend xəbər
verir ki, WUF13 çərçivəsində dayanıqlı şəhər inkişafı və əlçatan
mənzil sahəsində qabaqcıl şəhərsalma həllərinin təşviqi və
genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Hökumətinin
təşəbbüsü ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə
təsis olunan yeni beynəlxalq mükafat – Bakı Şəhərsalma Mükafatının
(Baku Urban Award) rəsmi təqdimetmə mərasimi keçirilib.

Bakı Şəhərsalma Mükafatı uzunmüddətli sosial, iqtisadi və
ekoloji təsir potensialına malik praktik şəhər həllərinin
beynəlxalq səviyyədə təşviqinə yönəlmiş qlobal platforma kimi
formalaşdırılır.

Mükafat Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının
(WUF13) əsas qalıcı irsindən biri olacaq. Mükafat Forum çərçivəsi
ilə məhdudlaşmayaraq, qlobal şəhər gündəliyinin uzunmüddətli
təşviqinə xidmət edən beynəlxalq mexanizm kimi nəzərdə tutulur.

Təşəbbüs üç əsas istiqamətin birləşdirilməsini nəzərdə
tutur:

şəhərsalma mütəxəssisləri tərəfindən artıq tətbiq olunan praktik
həllər;
ekspert bilikləri və elmi əsaslandırılmış yanaşmalar;
uğurlu təcrübələrin milli və beynəlxalq siyasətə inteqrasiyası.

Qiymətləndirilmə memarlıq, şəhərsalma, mənzil təminatı, iqlim
dayanıqlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində aparıcı
beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti
tərəfindən həyata keçiriləcək. Mükafat dünyanın bütün regionlarını
təmsil edən iştirakçılar üçün açıq platforma olacaq.

Bakı Şəhərsalma Mükafatının təsis olunması Azərbaycanın qlobal
şəhərsalma və iqlim gündəliyinə uzunmüddətli sadiqliyinin növbəti
təzahürüdür. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərə COP29-a
ev sahibliyi, “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral
Fəaliyyət Yolları (MAP)” və “Bakı Davamlılıq Koalisiyası”
təşəbbüslərinin irəli sürülməsi, UN-Habitat-ın “Hər kəs üçün
münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik ,
eləcə də WUF13-ə Bakının ev sahibliyi etməsi daxildir.

Azərbaycanın UN-Habitat ilə əməkdaşlığı 2022-ci ildə Azərbaycan
Milli Şəhərsalma Forumunun təsis edilməsindən etibarən ardıcıl
şəkildə inkişaf edir. Bu əməkdaşlıq çərçivəsində şəhərsalmanın
inkişafı sahəsində birgə layihələr həyata keçirilir. Buraya
həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında üç Milli
Şəhərsalma Forumunun təşkili, eləcə də 2023-cü ildə Bakıda
Ümumdünya Məskunlaşma Günü münasibətilə keçirilmiş tədbirlər
daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir