Rusiya Ermənistandan gül idxalını məhdudlaşdıracaq

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə
Federal Xidməti – “Rosselxoznadzor” 2026-cı il mayın 22-dən
Ermənistandan gül məhsullarının idxalına müvəqqəti qadağa tətbiq
edəcək.

Bu barədə Trend qurumun yaydığı məlumata istinadən xəbər
verir.




Məlumata görə, istixanalarda aparılan yoxlamalar yekunlaşana və
əldə olunan nəticələr təhlil edilənədək Ermənistandan Rusiyaya
idxal olunan və tranzitlə göndərilən gül məhsullarına məhdudiyyət
qüvvədə qalacaq.

Qurum qeyd edib ki, bu addım Rusiyanın fitosanitar
təhlükəsizliyinin təmin olunması və ölkənin ixrac imkanlarının
qorunması məqsədilə atılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir