
Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi Amerika qoşunlarının Polşada
yerləşdirilməsi ilə bağlı prosesi müvəqqəti olaraq təxirə
salıb.
Trend xəbər verir ki,
bu barədə Pentaqonun sözçüsü Şon Parnell “X” sosial şəbəkəsində
paylaşım edib.
Onun sözlərinə görə, qərar ABŞ-nin Avropadakı hərbi iştirakının
genişmiqyaslı və mərhələli şəkildə yenidən qiymətləndirilməsindən
sonra qəbul olunub.
“Bu addım ABŞ-nin etibarlı müttəfiqi olan Polşaya qoşun
yerləşdirilməsi prosesinin müvəqqəti gecikməsinə gətirib çıxarıb”,
– deyə o bildirib.

