ABŞ-nin aviadaşıyıcı zərbəçi qrupu Karib dənizinə daxil olub

Baş səhifə

Bakı.Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibində atom aviadaşıyıcısı olan
USS Nimitz (“Nimits”) gəmisinin rəhbərlik etdiyi aviadaşıyıcı zərbə
qrupu Karib dənizinə daxil olub.

Trend xəbər verir
ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X”
sosial şəbəkəsində məlumat yayıb.

“Karib regionuna xoş gəlmisiniz, “Nimits” aviadaşıyıcı zərbə
qrupu!”, – məlumatda qeyd olunub.




Bildirilib ki, aviadaşıyıcı ilə birlikdə bölgəyə onun üzərində
yerləşdirilmiş “CVW-17” aviasiya qanadı, “USS Gridley” esminesi və
“USNS” Patuhent” təchizat gəmisi də gəlib. Komandanlıq vurğulayıb
ki, bu qüvvələr “ən yüksək döyüş hazırlığını, misilsiz zərbə
məsafəsini , eləcə də strateji üstünlüyü təcəssüm etdirir.

Məlumata görə, “Nimits” aviadaşıyıcısı Tayvan boğazından tutmuş
Fars körfəzinədək dünyanın müxtəlif nöqtələrində öz effektivliyini
dəfələrlə sübut edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir