İsrail HƏMAS üzvləri üçün gizli “ov qrupu” yaradıb – KİV

Baş səhifə

İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunda iştirak edən şəxslərin axtarışı və zərərsizləşdirilməsi üçün xüsusi gizli qrup yaradıb.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, “NILI” adlanan xüsusi struktur HƏMAS-ın İsrailə hücumunda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və izlənilməsi ilə məşğuldur.

Qrup üz tanıma texnologiyaları, telefon məlumatlarının izlənməsi, video görüntülər və agentura kəşfiyyatından istifadə edir.

Bildirilir ki, əməliyyatların hədəfində yalnız HƏMAS komandirləri deyil, hücum və girov götürülməsi hadisələrində iştirak etmiş aşağı səviyyəli üzvlər də var.

“The Wall Street Journal” yazır ki, əməliyyatlar təkcə Qəzza zolağında deyil, Livan və İran da daxil olmaqla digər ərazilərdə də həyata keçirilir.

Qeyd edək ki, İsrail 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın hücumundan sonra təşkilata qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir