Azərbaycana ən çox turist Rusiyadan gəlib 

Baş səhifə

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana ən çox turist Rusiyadan gəlib.

Modern.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk 4 ayında ölkəmizə gələn əcnəbilərin 26,7 faizini Rusiya vətəndaşları təşkil edib.

Rusiyadan sonra siyahıda Türkiyə (22,4 faiz), İran (8,7 faiz), Gürcüstan (5,3 faiz) və Qazaxıstan (4,5 faiz) qərarlaşıb.

Azərbaycana gələnlərin 70,9 faizini kişilər, 29,1 faizini isə qadınlar təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir