Komitə: Azad olunmuş ərazilərdə bərpa işləri qlobal şəhərsalma standartlarına uyğun aparılır

Baş səhifə

Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri qlobal şəhərsalma standartlarına uyğun şəkildə həyata keçirilir.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “BBB Publication (TBC)” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə inşaat şirkətləri üçün xüsusi təlimatlar hazırlanıb və bu istiqamətdə işlər davam etdirilir. Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə beynəlxalq şirkətlərlə əməkdaşlıq mövcuddur.

“Şuşa, Zəngilan və digər azad olunmuş ərazilərdə bərpa və tikinti işləri davam edir. Əsas məqsəd planların ərazilərin xüsusiyyətlərinə uyğun şəkildə icra olunmasıdır. Bu ərazilərdə demək olar ki, tamamilə dağıntı vəziyyəti mövcud olub və işlər sıfırdan, planlı şəkildə həyata keçirilir”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir