Makron İlham Əliyevə ZƏNG ETDİ

Baş səhifə

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, telefon söhbəti zamanı prezidentlər Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Dövlət başçıları həmçinin regional və qlobal məsələləri də müzakirə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir