
Bakı. Trend:
2025-ci ildə Böyük Britaniyaya miqrasiya 171 min nəfər təşkil
edib.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Bu, COVID-19 məhdudiyyətləri səbəbindən ölkəyə miqrant axınının
100 mindən aşağı düşdüyü 2020-ci il pandemiya ilindən bəri ən aşağı
göstəricidir. Bu il istisna olmaqla, bu rəqəm 2012-ci ildədən bəri
ən aşağı göstəricidir.
2024-cü ildə Böyük Britaniyaya miqrasiya 331 min nəfər təşkil
edib.
Böyük Britaniya Daxili İşlər Naziri Şabana Mahmud daha əvvəl
aşağı gəlirli insanların Böyük Britaniyada yaşamaq və vətəndaşlıq
almaq şərtlərini sərtləşdirmək, yüksək gəlirli insanlar üçün isə
prosesi asanlaşdırmaq planlarını açıqlamışdı.

