
Bakı.Trend:
Son vaxtlar texnologiya və sağlam həyat tərzini birləşdirən
kampaniyalar daha çox diqqət çəkir. Artıq insanlar sadəcə idman
etmək yox, gündəlik aktivliklərindən əlavə fayda qazanmaq da
istəyirlər. Azərbaycanda da bu istiqamətdə maraqlı yeniliklər
görünməyə başlayıb.
Azercell-in təqdim etdiyi “GiqaAddım” kampaniyası da bu ideyaya
əsaslanır. Kampaniya istifadəçiləri daha çox hərəkət etməyə
motivasiya edir və qarşılığında internet bonusları təqdim edir.
Yəni gün ərzində atılan addımlar internet paketinə çevrilir.
Kampaniyanın şərtlərinə görə, istifadəçi gün ərzində 10 min
addım atdıqda 1 GB internet əldə edir. Əgər bu nəticə 7 gün ardıcıl
davam edərsə, 5 GB bonus internet də verilir. Kampaniyadan
fakturasız xətt üzrə “DigiMax” və “Premium+”, fakturalı xətt üzrə
“SuperSən” və “Premium” tarif istifadəçiləri yararlana bilir.
Müsbət tərəflərindən biri odur ki, bu yanaşma gündəlik gəzintini
daha motivasiyalı edir. Sadə bir vərdiş həm sağlamlıq, həm də
rəqəmsal fayda gətirə bilir.

