
Bakı.Trend:
Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və
gələcək inkişaf perspektivləri müzakirə olunub.
Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.
Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində
iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə BMT Baş
katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari
vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri və bu sahədə
həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.
Müzakirələr çərçivəsində iqtisadi inkişaf, yaşıl enerji,
dayanıqlı şəhərsalma və regional əməkdaşlıq istiqamətində həyata
keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi,
nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və dayanıqlı
inkişaf gündəliyinə töhfə verən layihələri diqqətə çatdırılıb.

