Azərbaycanla BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Baş səhifə

mumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.

APA-Economics” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.

Müzakirələr çərçivəsində iqtisadi inkişaf, yaşıl enerji, dayanıqlı şəhərsalma və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf gündəliyinə töhfə verən layihələri diqqətə çatdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir