
Bakı.Trend:
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı
katibinin müavini ilə görüşdə BMT-nin Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində
əməkdaşlıq müzakirə olunub.
Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.
Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak
çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin
Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini
Dmitriy Mariyasin ilə görüşüb.
Görüşdə WUF13-ün əhəmiyyəti, regional şəhərlərarası tərəfdaşlıq
və həmrəylik platforması olan SPECA Şəhərlər Forumu və SPECA
çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Azərbaycanın SPECA Çoxtərəfli Etimad Fonduna verdiyi töhfə və
fondun fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər əməkdaşlığın inkişafına dair müzakirə
aparıblar.

