İnsanların öz doğma evlərinə qayıtması yalnız humanitar məsələ deyil – Məsim Məmmədov

Baş səhifə

Bakı. Trend:

Vaxtilə işğal altında olmuş ərazilərdə həyata keçirilən qanunsuz
iqtisadi fəaliyyətlər regionun inkişaf prosesinə mənfi təsir
göstərib.

Trend xəbər
verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban
Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası
Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

M.Məmmədov bildirib ki, lakin son 30 il ərzində bütün
çətinliklərə baxmayaraq, Azərbaycan öz tarixi və mədəni irsinin
qorunmasını daim dövlət siyasətinin prioritet istiqamətlərindən
biri kimi saxlayıb:

“İnsanların öz doğma evlərinə qayıtması yalnız humanitar məsələ
deyil, həm də iqtisadi və sosial inkişafın vacib bir hissəsidir. Bu
xüsusilə post-münaqişə əraziləri üçün daha böyük əhəmiyyət
daşıyır”.

Xüsusi nümayəndə vurğulayıb ki, həmin bölgələrdə yenidənqurma və
bərpa işləri olduqca vacibdir:

“Buraya fiziki infrastrukturun yenidən qurulması, yaşayış
şəraitinin bərpası və uzunmüddətli sabitliyin təmin edilməsi
daxildir. Eyni zamanda davamlı şəhər inkişafı, effektiv idarəetmə
və vətəndaş rifahı kimi prioritet istiqamətlərlə bağlı müzakirələr
də aparılır”.

O əlavə edib ki, bu gün genişmiqyaslı infrastruktur layihələri
aktiv şəkildə həyata keçirilir:

“Yeni yaşayış məntəqələri salınır və onların ətrafında
məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin
yaradılmasına xüsusi diqqət yetirilir. Ən vacib məqam isə odur ki,
bu gün gördüyümüz proses yalnız şəhərlərin tikilməsi deyil. Bu, həm
də qayıdış və yenidən bağların qurulması prosesidir. İnsanlar öz
evləri, icmaları və mədəni kökləri ilə yenidən əlaqə
yaradırlar”.

M.Məmmədov qeyd edib ki, Azərbaycan tədricən müasir və davamlı
inkişaf edən bir ölkəyə çevrilir.

“Bu isə beynəlxalq tədbirlərin keçirilməsi və qlobal
tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar
yaradır. Eyni zamanda, qlobal dəyişikliklər bizə yalnız mövcud
problemlərə deyil, uzunmüddətli davamlı inkişaf perspektivlərinə də
diqqət yetirməyə imkan verir. Bütün bunlar daha davamlı gələcəyin
qurulması istiqamətində atılan mühüm addımlardan biridir və bu
sahədə fəal çalışmağım üçün mənə əlavə motivasiya verir”, – deyə o
fikrini tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir