
Bakı. Trend:
Mayın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Bildirilib ki, saat 15:30-15:35 radələrində Şəki rayonunun Şin
kəndi və Aşağı Layısqı kəndlərində diametri 15-20 mm, saat
16:15-16:30 radələrində Qusar rayonunun Laza kəndinə diametri 10-12
mm, saat 16:20-16:30 radələrində isə Balakən rayonunun Qazbölük
kəndinə diametri 10-12 mm dolu düşüb.

