
Bakı. Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində
Fələstinin yerli idarəetmə naziri Sami Hijjavi ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Anar Quliyev sosial şəbəkə hesabında paylaşım
edib.
Bildirilib ki, görüş zamanı şəhərsalma, dayanıqlı mənzil
siyasəti və post-münaqişə dövründə bərpa sahəsində əməkdaşlıq
imkanları müzakirə edilib.
Həmçinin Azərbaycanın “Böyük Qayıdış” Proqramı çərçivəsində
qazandığı təcrübə qarşı tərəflə bölüşülüb.

