
Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər
mövsümünün sonuncu – XXXIII turu start götürüb.
Trend-in
məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun
açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı sınağa çəkib.
Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnir cədvəlində Şamaxı təmsilçisi 38 xalla 8-ci, Qəbələnin
eyniadlı klubu isə 27 xalla 11-ci pillədə qərarlaşıb.
“Qırmızı-qaralar” Premyer Liqadakı yerini qorumaq üçün I Liqada
2-ci yeri tutacaq (“Səbail” və ya “Mingəçevir”) komanda ilə
pley-off oyunu keçirəcək.
Qeyd edək ki, XXXIII tura mayın 24-də yekun vurulacaq.

