Hörmüz boğazının bağlı qalması dünya iqtisadiyyatı üçün təhlükə yaradır

Baş səhifə

Bakı. Trend:

Hörmüz boğazı vasitəsilə gəmiçiliyin avqust ayınadək bərpa
olunmayacağı ssenari dünya iqtisadiyyatı üçün 2008-ci il qlobal
maliyyə böhranı ilə müqayisə oluna biləcək resessiya təhlükəsi
yaradır.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi “Rapidan Energy
Group” konsaltinq şirkətinin analitik məlumatlarına istinadən xəbər
verib.




Şirkət boğazın iyul ayında açılmasını baza ssenarisi kimi
nəzərdən keçirir. Əgər bu baş verərsə, analitiklər neft tələbatının
gündə 2,6 milyon barel azalacağını və “Brent” markalı neftin
qiymətinin bir barel üçün 130 dollara qədər artacağını
gözləyirlər.

Daha pessimist ssenaridə, avqust ayına qədər daşınmanın
bərpasının gecikməsi üçüncü rübdə neft tədarükü kəsirini gündə 6
milyon barelə çatdıra bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir