“Starship” raketinin buraxılışı texniki problemlər səbəbindən təxirə salınıb

Baş səhifə

Bakı. Trend:

“Super Heavy” daşıyıcı raketi ilə “Starship” kosmik gəmisinin
buraxılışı startdan əvvəl aşkarlanan texniki problemlər səbəbindən
bir sutka təxirə salınıb.

Trend-in
məlumatına görə, bu barədə “SpaceX” şirkəti xəbər verib.




“SpaceX” şirkətinin Texas ştatının cənub-şərqində yerləşən
Boka-Çikadakı Starbase start meydançasından cümə axşamı yerli
vaxtla saat 18:30-da (Bakı vaxtı ilə cümə günü saat 03:30-da)
həyata keçirilməsi nəzərdə tutulan buraxılış üçün geri sayım bir
neçə dəfə dayandırılıb və nəticədə uçuşun təxirə salınması qərarı
verilib.

Kosmik gəminin Yer ətrafında 1 saat 5 dəqiqə davam edən natamam
dövrədən sonra orbitdən çıxaraq Avstraliyanın şimal-qərbində Hind
okeanına yumşaq eniş etməsi planlaşdırılırdı. “Super Heavy” təkrar
istifadə oluna bilən daşıyıcı raketinin isə startdan təxminən yeddi
dəqiqə sonra Amerika (Meksika) körfəzinə eniş etməsi nəzərdə
tutulurdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir