ABŞ Ukraynaya “HAWK” sistemi avadanlığının potensial satışını təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ “HAWK” hava hücumundan müdafiə raket sistemlərinin
fəaliyyətini dəstəkləmək üçün Ukraynaya potensial olaraq 108,1
milyon dollar dəyərində avadanlıq və xidmət satışını
təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə Dövlət Departamentinin saytında
yayımlanan açıqlamasında bildirilib.




Bildirilib ki, Ukrayna hakimiyyəti yuxarıda adı çəkilən hava
hücumundan müdafiə sistemləri üçün komponentlər və ehtiyat
hissələri almaq, onların modernləşdirilməsi və texniki xidmətinə
dəstək, eləcə də avadanlıqların təmiri və qaytarılması
xidmətlərinin göstərilməsi imkanı istəyib. Ümumi əməliyyatın dəyəri
108,1 milyon dollar olaraq qiymətləndirilir.

Əsas podratçı “Sierra Nevada Corporation” şirkəti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir