2020-ci ildən bəri 270 min hektardan çox ərazi minalardan təmizlənib – ANAMA sədri

Baş səhifə

Bakı. Trend:

2020-ci ilin noyabr ayından etibarən 270 mindən çox hektar ərazi
minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bu
müddətdə 250 mindən artıq mina və partlamamış hərbi sursat
aşkarlanaraq zərərsizləşdirilib.

Trend xəbər
verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədri Vüqar
Süleymanov WUF13 çərçivəsində “Münaqişədən sonrakı şəhər
yenidənqurması: Humanitar minatəmizləmənin həlledici rolu”
mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas
edən humanitar fəaliyyət deyil, eyni zamanda bərpa və
yenidənqurmanın əsas təməlidir:

“Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti
şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə
inteqrasiya edilib.




Minatəmizləmə fəaliyyəti yaşayış evlərinin yenidən inşası,
infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi,
nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin
canlandırılması üçün zəruri şəraiti formalaşdırır”.

V.Süleymanov vurğulayıb ki, mina təhlükəsi təkcə Azərbaycanda
deyil, dünyanın bir sıra ölkələrində də bərpa prosesini ləngidir,
inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini
risk altında saxlayır.

“Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır.
Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə
məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ
yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir”, –
deyə ANAMA sədri əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir