
Bakı. Trend:
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Atletiko”ya
keçməyə yaxındır.
Trend xarici
mediaya istinadən xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı
portuqaliyalıya rəsmi təklif göndərib.
“Atletiko” dünya çempionatından əvvəl təcrübəli futbolçunun
keçidini həll etməyi planlaşdırır. Klubun idman direktoru Mateu
Aleman oyunçunun agenti Xorxe Mendeşlə şəxsi müqavilənin şərtlərini
müzakirə edir.
İspaniya klubu Silvaya iki illik müqavilə təklif edib və
müqaviləni daha bir mövsüm artırmaq hüququ var. O, “Benfika”,
“Monako” klublarında da oynayıb.

