Azərbaycan ilə Tacikistan ikitərəfli və beynəlxalq səviyyələrdə fəal əməkdaşlıq edir – Sahib Ələkbərov

Baş səhifə

Bakı.Trend:

Azərbaycan və Tacikistan həm ikitərəfli səviyyədə, həm də MDB,
Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam
Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq təşkilatlar
çərçivəsində fəal əməkdaşlığı davam etdirirlər.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin
müavini Sahib Ələkbərov Bakıda keçirilən Azərbaycan-Tacikistan
biznes forumu çərçivəsində bildirib.

O qeyd edib ki, iqtisadi dialoqun inkişafında ticarət-iqtisadi
əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya mühüm rol oynayır.
Komissiyanın səkkizinci iclası mövcud əməkdaşlıq vəziyyətinin
müzakirəsi və gələcək addımların müəyyənləşdirilməsi üçün
platformaya çevrilib.

Nazir müavininin sözlərinə görə, tərəflər sənaye, kənd
təsərrüfatı, nəqliyyat, logistika, rəqəmsal texnologiyalar və kiçik
və orta biznesin inkişafı sahələrində əməkdaşlığın
genişləndirilməsini nəzərdən keçirirlər. O, bu istiqamətləri
bir-birini tamamlayan və uzunmüddətli tərəfdaşlıq üçün perspektivli
sahələr adlandırıb.




S.Ələkbərov kənd təsərrüfatı məhsullarının emalı, sənaye
parklarının inkişafı və azad iqtisadi zonaların potensialından
istifadə də daxil olmaqla sənaye kooperasiyasının əhəmiyyətini də
vurğulayıb.

O, Azərbaycanın investisiya siyasətinə, o cümlədən logistika
infrastrukturunun inkişafına, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
yaxınlığındakı azad iqtisadi zonaya və investorlar üçün vergi
güzəştləri və sadələşdirilmiş fəaliyyət şərtlərinin tətbiq olunduğu
azad edilmiş ərazilərin bərpası layihələrinə xüsusi diqqət
ayırıb.

Sonda nazir müavini vurğulayıb ki, Azərbaycan qarşılıqlı faydalı
və uzunmüddətli əməkdaşlığa açıq olan etibarlı tərəfdaş olaraq
qalır.

Qeyd edək ki, bu gün Bakıda iki ölkənin dövlət qurumları və
işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə
Azərbaycan-Tacikistan biznes forumu keçirilir. Forum çərçivəsində
ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri,
investisiya imkanları, sənaye kooperasiyası və Azərbaycan ilə
Tacikistan sahibkarları arasında əlaqələrin inkişafı müzakirə
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir