Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Ləkətağ
kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri
Qadir İbrahimovun da iştirak etdiyi görüşdə Ləkətağ kəndindən olan
seçicilərlə yanaşı, Boyəhməd kəndindən olan seçicilər də iştirak
ediblər.




Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini
dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi
aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir