Xocavənd şəhərinə növbəti köç olub

Baş səhifə

Mayın 22-də Xocavənd şəhərinə növbəti köç olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd şəhərinə 17 ailə, ümumilikdə 65 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.

Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən ibarət olub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir