
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2026-cı il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq, milli valyuta ekvivalentində 32312,9 milyon manat təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Ümumi kredit portfelinin 26309,9 milyon manatı və ya 81,4 faizi uzunmüddətli kreditlərin payına düşür. Kreditlərin 93,8 faizi banklar, 6,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 28,7 faiz artaraq 619,6 milyon manat olub və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

