Xocavənd şəhərinə daha 17 ailə qayıdıb (FOTO)

Baş səhifə

Xocavənd. Trend:

Bu gün Xocavənd şəhərinə növbəti köç reallaşıb.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 17
ailə olmaqla, 65 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya,
düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.




Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın
əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların
yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir