Paşinyan və rəqiblərinin reytinqi AÇIQLANDI

Baş səhifə

Son sosioloji sorğunun nəticələri göstərir ki, Ermənistanda siyasi qüvvələrə qarşı etimadsızlıq səviyyəsi yüksək olaraq qalır.

Modern.az xəbər verir ki, MPG/Gallup International Association tərəfindən təqdim olunan sorğu nəticələrinə əsasən, respondentlərin 8,6%-i “hansı partiyaya etimad edirsiniz” sualına cavab verməkdən imtina edib, daha 3,4%-i isə cavab verməkdə çətinlik çəkib.

Respondentlərin 28,9%-i “Vətəndaş Müqaviləsi” partiyasına (lider Nikol Paşinyan), 14,9%-i “Güclü Ermənistan”a (lider Samvel Karapetyan), 12,1%-i “Ermənistan” blokuna (lider Robert Köçəryan), 8,7%-i “Çiçəklənən Ermənistan” Partiyasına (lider Qaqik Tsarukyan), 5,8%-i isə “Birlik Qanadları” partiyasına səs verməyə hazır olduqlarını bildiriblər.

Sorğuda iştirak edənlərin 59,3%-i bildirib ki, əgər seçkilər gələn bazar günü keçirilsəydi, onlar mütləq səsvermədə iştirak edərdilər. Aprel ayında bu göstərici 51,9% təşkil edirdi.

Respondentlərin 14%-i seçkilərdə “daha çox ehtimalla iştirak edəcəyini”, 11,4%-i “daha çox ehtimalla iştirak etməyəcəyini”, 8,3%-i isə “qəti şəkildə iştirak etməyəcəyini” qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir