
Bakı. Trend:
Azərbaycan hökumətinə və xalqına Bakı şəhərində 13-cü Ümumdünya
Şəhərsalma Forumuna ev sahibliyi göstərərkən nümayiş etdirdikləri
misilsiz qonaqpərvərlik və liderliyə görə ən dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Trend xəbər
verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed Bakıda
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)
çərçivəsində baş tutan rəsmi bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, 2026-cı ilin şəhərsalma və memarlıq ili
elan edilməsi ilə Azərbaycan urbanizmi qlobal gündəliyin ön
sıralarına çıxarıb:
“Azərbaycanın hər yerində biz yenidənqurma, inkişaf, icmaların
reinteqrasiyası, infrastrukturun və sülhün bərpası prosesinin
şahidi oluruq. Eyni zamanda ərazilər mədəni canlılığın, sosial
həmrəyliyin və iqtisadi inkişafın mühərrikinə çevrilir. Dünyanın ən
qədim fasiləsiz yaşayış məskənlərindən biri olan Bakıda isə biz
yenilənmə və dayanıqlılığın nümunəsini gördük. İqlim dəyişikliyi və
urbanizasiya təzyiqlərinin bütün dünyada getdikcə daha sürətlə və
daha güclü təsirlər yaratdığı bir dövrdə, bu həftə keçirilən
müzakirələr üçün Bakı ən uyğun məkan oldu”, o qeyd edib.

