Qarşıdakı onillik real dəyişikliklərə həsr olunmalıdır- Anar Quliyev

Baş səhifə

Bakı. Trend:

Bakıdan verilən mesaj aydındır: artıq yalnız ambisiyalar dövrü
başa çatıb.

Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının
(WUF13) rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, qlobal şəhərsalma məsələlərinin müzakirəsi
çərçivəsində Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Yaşayış
Məntəqələri Paketi (4SR) praktik bərpa modeli kimi geniş dəstək
qazanıb.

“Qarşıdakı onillik nəticələrin əldə olunmasına, hesabatlılığın
təmin edilməsinə və insanların həyatında real dəyişikliklərin
yaradılmasına həsr olunmalıdır. Dayanıqlı şəhər gələcəyi həmrəylik,
əməkdaşlıq və ortaq məsuliyyət tələb edir. Bakıdan verilən mesaj
aydındır: artıq yalnız ambisiyalar dövrü başa çatıb. Növbəti
onillik hər kəs üçün adekvat mənzillərin, dayanıqlı icmaların və
davamlı şəhər gələcəyinin təmin edilməsi ilə xarakterizə
olunmalıdır.
WUF13 proqramının miqyası və müxtəlifliyi şəhərsalma məsələlərinin
qlobal əhəmiyyətinin getdikcə artdığını bir daha nümayiş etdirdi.
Forum çərçivəsində dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar,
assambleyalar və tərəfdaşların təşkil etdiyi tədbirlər daxil
olmaqla 400-dən çox tədbir keçirildi. Əsas sessiyalarda 125 ölkədən
400 məruzəçi iştirak etdi”.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun əsas gücü onun
inklüzivliyindədir:

“WUF şəhərlərin və icmaların gələcəyinin formalaşdırılmasında
cəmiyyətin müxtəlif qruplarını bərabərhüquqlu tərəfdaşlar kimi bir
araya gətirir. Bu baxımdan, WUF13-ün əsasən maraqlı tərəflərin
təşəbbüsü ilə formalaşan forum olması bizi məmnun edir. İştirakın
genişliyini əks etdirmək məqsədilə WUF13-ün əsas nəticələrindən
biri olan Bakı Fəaliyyət Planının hazırlanmasına töhfə verən altı
Məsləhətçi Şura fəaliyyət göstərib.

Forum tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində QHT Forumu
keçirildi. Təxminən 800 iştirakçını və 100-dən çox ölkəni bir araya
gətirən bu platforma vətəndaş cəmiyyətinin, yerli icmaların və
ictimai təşkilatların inklüziv, dayanıqlı və insan mərkəzli şəhər
gələcəyinin formalaşdırılmasındakı mühüm rolunu ön plana çıxardı.
QHT Forumu şəhər dayanıqlılığı və qlobal əməkdaşlığa dair Bakı
Bəyannaməsini qəbul etdi. Bəyannamədə qlobal mənzil böhranı da
daxil olmaqla müasir şəhər problemlərinin həllində həmrəyliyin,
tərəfdaşlığın, beynəlxalq koordinasiyanın və daha inklüziv şəhər
inkişafının əhəmiyyəti bir daha vurğulanıb.

WUF13-də tətbiq edilən ən mühüm yeniliklərdən biri Biznes və
İnnovasiya Mərkəzinin yaradılması oldu. Bu platforma startapları,
özəl sektor nümayəndələrini, investorları, innovatorları,
hökumətləri və inkişaf tərəfdaşlarını dialoq və əməkdaşlıq üçün bir
araya gətirdi. Özəl sektorun ümumi iştirakçıların 13 faizini təşkil
etməsi onun dayanıqlı şəhər inkişafının təşviqində rolunun getdikcə
artdığını göstərir.

WUF13-ün əsas xüsusiyyətlərindən biri də 34 min kvadratmetrdən
çox ərazini əhatə edən Urban Expo sərgisi oldu. Ümumi sərgi sahəsi
10 min kvadratmetrdən artıq olan Expo Ümumdünya Şəhərsalma Forumuna
qlobal marağın və iştirakın artdığını nümayiş etdirdi. Sərgidə 81
ölkədən 260 təşkilat 121 stend və pavilyonla təmsil olunub.
İştirakçılar arasında hökumətlər, akademik qurumlar, vətəndaş
cəmiyyəti təşkilatları, ictimai institutlar və özəl sektor
nümayəndələri yer alıblar”, – deyə Anar Quliyev qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir