WUF13 rekord sayda iştirakçını bir araya gətirib – Anaklaudiya Rossbax

Baş səhifə

Bakı.Trend:

WUF13 rekord sayda iştirakçını bir araya gətirib.

Trend xəbər
verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)
icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış
mərasimində deyib.

“Bakıda keçirilən forumda 176 ölkədən 67 min iştirakçı, o
cümlədən 3 mindən çox onlayn iştirakçı təmsil olunub. Bu, mənzil
təminatının gələcəyi ilə bağlı güclü və vahid qlobal mesajın
formalaşdığını göstərir. Biz mənzil təminatının gələcəyi baxımından
həlledici bir mərhələdəyik. Artıq vaxt itirmək və gözləmək kimi bir
seçimimiz yoxdur”, – deyə o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir