
Bakı. Trend:
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident
İlham Əliyevə təbrik məktubu göndərib.
Trend xəbər
verir ki, məktubda deyilir:
“İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO)
adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə
Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gün böyük ölkənizin tarixində və Azərbaycan
xalqının yaddaşında özünəməxsus yer tutur.
ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında
görməkdən şərəf duyur. Zati-alinizin illər ərzində təşkilatımıza
göstərdiyi davamlı dəstək və həyata keçirilən konstruktiv
əməkdaşlıq bütün İslam dünyasında xüsusi rəğbətlə qarşılanır.
Bu bayram münasibətlə Zati-alinizə cansağlığı, tükənməz enerji,
Azərbaycan xalqına isə firavanlıq və əldə olunan böyük
nailiyyətlərlə hər zaman qürur duymağı arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi
xahiş edirəm”.

