Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib

Baş səhifə

Bakı. Trend:

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Prezident
İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər
verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə
Paraqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi
təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.
Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh,
rifah və firavanlıq arzulayıram.

Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında
mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da
möhkəmlənməsini diləyirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı və
dərin hörmətimi bir daha ifadə edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir