Qeyri-sabit hava mayın 25-dək davam edəcək

Baş səhifə

Bakı. Trend:

Qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək
davam edəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.




Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi,
şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar
yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir