Alatau şəhəri ticarət və logistika mərkəzidir – britaniyalı memar

Baş səhifə

Bakı.Trend:

Alatau şəhərinin (Qazaxıstan) nəqliyyat yollarının kəsişməsində
yerləşməsi şəhərin logistikasını müəyyən edir.

Trend xəbər verir
ki, bunu WUF13 çərçivəsində keçirilən “Mərkəzi Asiyanın yeni
paytaxtları və yeni şəhərləri. İqlim dayanıqlığının artırılması
məqsədilə su istehlakı nəzərə alınmaqla şəhərsalma və mənzil
tikintisi” mövzusunda sessiya zamanı britaniyalı memar, “Harry
Dobbs Design Ltd ” şirkətinin təsisçisi və “Alatau City” İnkişaf
Şurasının üzvü Harri Dobbs deyib.




Onun sözlərinə görə, Alatau Çin və Qazaxıstanı birləşdirən Şərq-
Qərb dəmir yolu dəhlizinin şəhərin mərkəzindən keçdiyi
ticarət-logistika şəbəkələrinin kəsişməsində yerləşmək
üstünlüyündən istifadə edir.

“Məhz bu amil şəhərin logistikasını formalaşdırmağa başlayır. Bu
yanaşma sahibkarlığın inkişafına və əlverişli coğrafi mövqedən
istifadəyə əsaslanır. Çevik investisiyaların cəlb olunması,
iqtisadi artımın və yeni imkanların stimullaşdırılması məqsədilə
aydın tənzimləyici, vergi və planlaşdırma çərçivələri təmin edən
xüsusi iqtisadi zona strukturu yaradılır. Məhz bu sahibkarlıq
yanaşması şəhərin dörd rayonunu formalaşdırır. Bu rayonlar qonşu
Almatı və şimalda yerləşən Konaev şəhərini tamamlayan biznes
istiqamətlərinə – biznes, təhsil, logistika və sənaye, həmçinin
turizm sahələrinə fokuslanır”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir