Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə
nəql olunan tranzit neftinin həcmi 8 milyon 389,5 min ton təşkil
edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 925,2 min ton və ya 9,9% azdır.




Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında BTC ilə 9 milyon
314,7 min ton neft nəql edilmişdi.

Dövr ərzində ümumi nəqletmənin 77,0 faizi BTC ilə ötürülüb.
Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 82,4 faizini (6
milyon 914,3 min ton) Azərbaycanda hasil edilən neft, 17,6 faizini
(1 milyon 475,2 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil
olan neft təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir