
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün may ayının müavinət,
təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.
Bununla da Fond bu ayın bütün sosial ödənişlərini başa
çatdırıb.
Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron
rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 20-də isə digər
bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya
təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.

