
Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron “Lans” və “Nitsa” arasında
keçirilən Fransa Kuboku finalından əvvəl fitə basılıb.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Oyun mayın 22-də Parisdəki Stade de Frans stadionunda baş tutub.
Makron oyun başlamazdan əvvəl meydana oyunçuları salamlamaq üçün
daxil olub. Tribunadakı azarkeşlər onu fitə basıblar. Buna
baxmayaraq, o, oyundan əvvəlki protokola uyğun olaraq oyunçuları
salamlayıb.
Qeyd olunub ki, Fransa lideri protokol prosedurlarını yerinə
yetirmək üçün çox vaxt sərf edib. Nəticədə, oyun gec başlayıb və “Lans”ın 3-1 hesablı qələbəsi ilə başa çatıb.

