
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çinə başsağlığı
verib.
Trend xəbər
verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Çinin Şansi əyalətindəki kömür mədənində baş verən və çoxlu
sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb olan
faciəvi partlayışdan dərindən kədərlənirik.
Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı
verir, yaralananların hamısına tezliklə və tam sağalma
arzulayırıq.
Xilasetmə və bərpa işlərində çalışan səlahiyyətli orqanlarla və
fövqəladə hallara müdaxilə qüvvələri ilə həmrəyliyimizi ifadə edir
və bu faciədən zərər çəkən bütün insanların kədərini paylaşırıq”, –
XİN-in paylaşımında qeyd olunub.

