
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına
işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının
Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda olub.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan parlament nümayəndə heyəti müasir, müstəqil
Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin Baş Konsulluğun inzibati binasında ucaldılmış büstünü
ziyarət edib, büstün önünə gül dəstələri düzüblər.
Baş Konsulluğun əməkdaşları ilə söhbət edən spiker Sahibə
Qafarova Baş Konsulluğa Ulu Öndər Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr olunmuş kitablar hədiyyə edib.
Sonra Baş Konsulluq tərəfindən 28 May – Müstəqillik Gününə həsr
olunmuş rəsmi qəbul keçirilib.
Tədbirdə Azərbaycan dövlətçilik tarixində Müstəqillik Gününün
əhəmiyyəti, ölkəmizin keçdiyi inkişaf yolu, müasir müstəqillik
illərində əldə olunmuş uğurlar barədə çıxışlar edilib. Həmçinin
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider
Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən bəhs edən
videoçarxlar nümayiş olunub.
Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət xadimlərinin
ifasında konsert proqramı ilə davam edib.

