Macarıstan Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarını dəyişir

Baş səhifə

Bakı.Trend:

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyündən çıxmaqla
bağlı qərarından daşınıb.

Trend xəbər verir
ki, bunu Macarıstanın Baş naziri Peter Madyar öz rəsmi “X”
səhifəsində elan edib.




“Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaqla
bağlı təqdim etdiyi ərizəni geri götürür”, -deyə Madyar yazıb.

Xatırladaq ki, 2025-ci ildə Macarıstan parlamenti ölkənin
BCM-dən çıxmaqla bağlı qərarı dəstəkləmişdi. Həmin vaxt Baş nazir
olan Viktor Orban bu qərarı, təşkilatın son illər qərəssiz
mövqeyini itirməsi və daha çox siyasiləşməsi ilə
əsaslandırmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir