
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8,806 milyon ton xam
neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
311,4 min ton və ya 3,4 faiz azdır.
Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 8,784
milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin
eyni dövründəki göstərici ilə müqayisədə 311,7 min ton və ya 3,4%
azdır.
Ümumilikdə, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri
12,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən
0,7 faiz azalıb.

