
Bakı.Trend:
Sumqayıtda qanunsuz tikili sökülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi
şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində
qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu
barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar
Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt
Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata
keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili
sökülüb.

